Qarabağda “aclıqdan ölən” soydaşlarına 400 tonluq “humanitar yük” göndərən Ermənistan hakimiyyəti 3 gündür ki, sərhəddə gözləmə mövqeyindədir. Kor tutduğunu buraxmaz prinsipinə əməl edən İrəvan Bakının təkidlərinə baxmayaraq, sərhəddən bir addım da aralı dayanmır, əksinə, gətirdiyi yüklərin xarab olacağı ilə bağlı bar-bar bağırır.
Yüklər Qarabağa çatmamışdan əvvəl isə Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyi 400 tonluq yükə nələrin daxil olduğunu açıqlamışdı. Qurumdan verilən məlumatda qeyd olunurdu ki, Xankəndiyə göndərilən “humanitar yük”ə 60 ton şəkər, 40 ton yağ, 100 ton un, 80 ton makaron, 20 ton duz, 40 ton süd tozu, 12 ton uşaq qidası və 9 ton dərman və digər vasitələr daxildir.
Siyahıya nəzər yetirəndə görmək olur ki, burada xarab olan hansısa bir qida, yaxud qeyri-qida məhsulu yoxdur. Bəs onda ermənilər niyə belə edirlər? Səbəb isə çox sadədir; suyu bulandırmaq, Azərbaycana təzyiqi artırmaq və “erməniləri Qarabağda soyqırımına məruz qoyurlar” tipli səfeh təbliğatlarını dünyaya çatdırmaq.
Onsuz da sərhədin açılmayacağını bilən erməni ora xarab olan hansısa məhsulu qoymazdı, belə də oldu… Bu adamlar, əslində, kiminlə “rəqs etdiyini” gözəl bilirlər, amma yenə də özlərini axırıncı yola qoymaqdan əl çəkmirlər. Rəhmətlik Aleksandr Puşkin demiş, “Ты трус, ты раб, ты армянин!”…