• 22 Noyabr 2024 20:02

Bakıda cəmi 74 erməni yaşayır? – Komitə aydınlıq gətirdi 

Bakıda cəmi 74 erməni yaşayır? - Komitə aydınlıq gətirdi 

Dövlət Statistika Komitəsinin Bakı şəhəri üzrə əhalinin milli (etnik) tərkibi ilə bağlı açıqladığı rəqəmlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Statistikada qeyd edilir ki, Bakıda yaşayan 2 milyon 208 min 486 nəfər arasında milliyətcə üstünlük təşkil edən ruslardır. Belə ki, rəqəmlərə görə Bakıda 65 mindən çox rus, 19 mindən çox ləzgi, 17 mindən çox tatar, 13 mindən çox ukraynalı, 1082 türk və cəmi 74 erməni yaşayır.

Belə ki, milliyyətin könüllü olaraq deyilməsini nəzərə alaraq, Bakı kimi böyük şəhərdə cəmi 74 erməninin və ya 604 talışın olması ilə bağlı rəqəmlərin reallığa uyğun olmadığı düşünülür. Rəqəmlərin dəqiqliyinə şübhə edən insanlarımız hesab edir ki, Bakıda yaşayan ermənilərin sayı, əslində, daha çoxdur.

Müzakirələrlə bağlı Ölkə.Az Dövlət Statistika Komitəsindən münasibət öyrənib.

Bildirilib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ölkə əhalisinin sayına, o cümlədən milli (etnik) mənsubiyyəti bölgüsünə dair məlumatlar hər 10 ildən bir keçirilən əhalinin siyahıya alınması zamanı əldə edilir. Həmçinin qeyd edilib ki, siyahıyaalma zamanı vətəndaşlardan bununla bağlı hər hansı bir sənəd tələb oluna bilməz:

“BMT-nin Avropa İqtisadi Komissiyasının əhali Siyahıyaalınmasına dair Tövsiyələrinə uyğun əhalinin siyahıyaalınması zamanı sorğu vərəqəsi üzrə bütün sualların cavabları respondentlərin verdiyi cavablar əsasında, heç bir sənəd tələb olunmadan qeydə alınır, azyaşlı uşaqlara, fəaliyyat qabiliyyəti olmayanlara, müvəqqəti qaib olan təsərrüfat üzvlərinə dair məlumatlar isə onların valideynləri və ya ev təsərrüfatının digər üzvləri tərəfindən cavablandırılır. Şəxslərin milli (etnik) mənsubiyyətinə gəlincə isə qeyd etmək lazımdır ki, beynəlxalq təcrübədə olduğu kimi şəxslərin milli (etnik) mənsubiyyəti onların özlərini hansı milli (etnik) mənsubiyyətə aid etmələri ilə müəyyən olunur və 2019-cu ildə Azərbaycanda aparılmış siyahıyaalma zamanı bu yanaşmaya ciddi əməl olunub. Bundan başqa, sorğu vərəqələri tam doldurulduqdan sonra respondentlərə həmin sorğu vərəqələri ilə yerində tanış olmaq imkanı da yaradılıb.

Məlumatlar təhlil edilərkən nəzərə alınmalıdır ki, milli (etnik) mənsubiyyət haqqında suallar hər bir şəxsin özü tərəfindən könüllü şəkildə cavablandırıldığına görə, siyahıyaalma zamanı ölkədə yaşayan bütün milli azlıqlara mənsub şəxslərə, o cümlədən talış ve erməni əsilli Azərbaycan vətəndaşlarına öz milli (etnik) mənsubiyyəti haqqında verdikləri cavaba heç bir müdaxilə edilməyib. Hətta şəxs öz milli (etnik) mensubiyyətini gizlədirsə belə, dünya təcrübəsində və beynəlxalq metodologiyada rəsmi statistika orqanlarının həmin məlumatları redaktə etməyə hüququ yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər