• 23 Noyabr 2024 08:07

Türklər bu çərəzə “ağ qızıl” deyir – Çayla içilən vitamin deposu

Çayımıza fayda qataq…

turkler-bu-cereze-ag-qizil-deyir-1

 

Çayın yanına qoyulan ağ ləbləbi (ağ noxud) faydaları saymaqla bitməyən bir çərəzdir.

Həmçinin aşağı kalori dəyəri ilə də diqqət çəkir.

Belə ki, ağ ləbləbinin 100 qramında 58 qram karbohidrat, 19 qram protein, 5 qram yağ və 7,5 qram lif var.

A və C vitaminləri ilə zəngin olan çərəzin tərkibində natrium, kalium, kalsium və dəmir də var.

Güclü protein qaynağı olan ağ ləbləbi idman edərək əzələ yığmağa çalışanların, həm də ət yeməyənlərin ən mükəmməl dostudur. Üstəlik mədə turşuluğunu nizamlayır və bunun sayəsində mədədə yaranacaq problemlərin aradan qaldırılmasına kömək edir.

Diyet saxlayanların siyahısında ilk sırada olan ağ ləbləbi tərkibindəki lif sayəsində uzun müddət toxluq hissi verir, qısa zamanda arıqlamağa kömək edir. Tərkibindəki az yağ sayəsində çəki artımının da qarşısını alır.

Lifli quruluşu ilə həzmi tənzimləyən bu çərəz bağırsaqdakı hərəkətliliyi tarazlayır, qəbizlik və şişkinlik problemlərinin qarşısını alır.

Tacxeber.com

Oxşar xəbərlər