• 24 Noyabr 2024 05:47

Priqojinin Rusiya-Afrika sammitində nə işi var və bundan nə fayda götürəcək?” – ISW

Priqojinin Rusiya-Afrika sammitində nə işi var və bundan nə fayda götürəcək?

“Priqojin Afrika ölkələri liderlərinə özəl şirkətin qitədə xeyli rol oynamaq niyyətində olduğunu nümayiş etdirmək istəyir…”

“Vaqner qrupu” Belarusda öz mövcudluğunu maliyyələşdirmək üçün Afrika qitəsində əməliyyatları artırmaq niyyətindədir…”

“Putinin aşpazı” bir sıra görüşlər keçirib, həmçinin dövlət çevrilişi baş verən ölkəni tərifləyib

“Vaqner qrupu” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojin Sankt-Peterburqda Rusiya-Afrika sammitində görünüb.

Tacxeber.com xəbər verir ki, onun nədən bu tədbirə qatıldığı barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri araşdırma aparıb.

Amerika analitikləri yazıb ki, Rusiyada “satqın” adlandırılan Priqojin sammitdən Afrika ölkələri liderlərinə onun və başçılıq eydiyi özəl hərbi şirkətin qitədə xeyli rol oynamaq niyyətində olduğunu nümayiş etdirmək üçün istifadə edib.

Rusiya-Afrika forumunun gedişində “Putinin aşpazı” özünün iştirak etmədiyi sammitin keçirildiyi yerin yaxınlığındakı oteldə bir sıra xadimlərlə görüşüb.

Rusiyanın insayder mənbəsinin sözlərinə görə, Priqojin sayı bəlli olmayan Afrika hökumətləri nümayəndələri ilə qeyri-formal görüşlər keçirib.

O, hesab edir ki, muzdluların başçısının Afrika liderləri ilə daimi görüşlər üçün müntəzəm səyləri və onlara ismarıcların göndərilməsi Afrikada özlərinin hərbi və dağ-mədən təmaslarını qoruyub saxlamaq istəyən “vaqnerçilərin” səylərinin bir hissəsidir.

ISW- nin hesabatında “Vaqner qrupu”nun bu yaxınlarda Mərkəzi Afrika Respublikasından qayıdan adı çəkilməyən komandirinin şərhi xatırlanır.

O, deyib ki, özəl hərbi şirkət Belarusda öz mövcudluğunun maliyyələşdirilməsi üçün Afrika qitəsində öz əməliyyatlarını artırmaq istəyir.

Bundan başqa, Priqojin

Rusiya-Afrika sammitindən özəl hərbi şirkətin bu yaxınlarda dövlət çevrilişi ilə üzləşən Niger üçün həyati qabiliyyəti olan antiQərb tərəfdaşı kimi göstərmək üçün istifadə edib.

“Vaqner qrupu” ilə bağlı olan bir sıra Teleqram-kanallar Priqojinin iyulun 27-də prezident Məhəmməd Bazumu devirən Niger hərbçilərinin ünvanına təriflərlə dolu çıxışının audioyazısını dərc edib.

“Putinin aşpazı” bunu “müstəqillik əldə edilməsi” aktı hesab edir. Rusiyanın bəzi “hərbi müxbirləri” güman edir ki, Nigerin muzdluların “yardımına” ehtiyacı olacaq.

Bundan öncə ekspert Putinin Belarusda olan “vaqnerçilərdən” necə istifadə edəcəyi və muzdluların başqa ölkələr üçün təhlükəli olub-olmaması barədə danışıb. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər