Qan damarlarını gücləndirmək üçün şəkər xəstəsi olan insanlar C vitamini, xrom və Omeqa-3 yağ turşuları olan qidalar yeməlidirlər.
Tacxeber.com xəbər verir ki, bunu rusiyalı dietoloq Yelena Somatina deyib.
“Şəkərli diabetdən əziyyət çəkənlər qan damarlarını gücləndirməlidirlər. Kiçik damarları gücləndirən antioksidanlar, qara giləmeyvə – qaragilə, böyürtkən, həmçinin tərkibində xrom olan qidalardan: şəkərsiz kakao, balıq, dəniz məhsulları və brokolidən istifadə etmək lazımdır”, – Somatina bildirib.