• 25 Noyabr 2024 14:34

Ermənistan gülməlidir, orada yaşamaram – Qalustyan

 

“Ermənistan Rusiyadan o qədər asılı ölkədir ki, yaşamaq üçün oranı seçmək çox qəribədir. Mən Ermənistanı seçməzdim”.

Tacxeber.com xəbər verir ki, bunu rusiyalı yumorist və teleaparıcı Mixail Qalustyan Ermənistana köçmək planları ilə bağlı fərziyyələri şərh edərkən deyib.

“Mən öz geri çəkilmə marşrutlarımı hazırlamaq istəsəydim, yəqin ki, Ermənistana çəkilməzdim. Mənə elə gəlir ki, Ermənistan Rusiyadan o qədər asılı ölkədir ki, geri çəkilmək üçün Ermənistanı seçmək çox qəribədir. Çox qəribədir ki, kimsə məni özününkü hesab edirdi və mən ikinci vətəndaşlıq alandan sonra məni belə hesab etməyi dayandırdılar”, – Qalustyan  deyib.

Komediyaçının sözlərinə görə, bir çox ermənilər, hətta Kaliforniyadakı ermənilər Ermənistan vətəndaşlığı almaq istəyir: “Bu mənə gülməli gəlir”, – Qalustyan bildirib.

Tacxeber.com

Oxşar xəbərlər