• 25 Noyabr 2024 02:41

“Kürəkəni”nə məhkəmədə qalib gələn Cavanşir efirdə Laləyə SÖZ ATDI – VİDEO

 

“Qanuna tabe olan adamam. Bilməliyəm ki, 8 ay Bakı şəhər Baş Polis İdarəsində istintaq işi gedib. Dörd ay da məhkəmə prosesi davam edib. Mən bilmirəm hansı maddədən söhbət gedir? Deyir ki, hardan bildi? Mən maddəni bilməliyəm ki, təqsirkara hansı maddə tətbiq edilib. Bunu bilməməliyəm? Şikayətçi mənəm və məndən başqa dörd adam da var”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov aparıcı Lalə Azərtaşın ünvanına söyləyib.

Sənətkar qonaq olduğu “Axşamdan axşama” verilişində  “kürəkəni”, türk vətəndaşı Mustafa İbili ilə yaşadığı qalmaqallı məhkəmə çəkişməsindən söz açıb.
“Dəfələrlə deyildi ki, ödənişi ödə. Deyirsən ki (Kemal Mustafa İbilini nəzərdə tutur-red.), iş adamıdır. Nəyə əsaslanıb iş adamı kimi təqdim edirsən?! Deyirsən ki, Cavanşir Məmmədovun kürəkənidir. Nikah kağızı var? Niyə şər atırsan? Düşünüb bir şey sənin ağzından çıxır. Belə olmaz…

Deyirsən ki, mən verilişin hakimiyəm. Hakim məhkəmədə, idman sahəsində olur. Aparıcı deməlidir ki, mən hakiməm?! Biz bir ölkədə yaşayırıq, bir xalqın nümayəndələriyik”.

Xatırladaq ki, aparıcı Lalə Məmmədova Kəmal Mustafa İbilinin həbsindən sonra əməkdar artistin ünvanına bu sözləri deyib:

“Cavanşir Məmmədov məhkəmənin necə sonlanacağına əmin idi. Adam hər şeyi bilirdi. Dayanmadan deyirdi ki, baxarsan, elə məhkəmə zalında həbs olunacaq. Nəticə etibarı ilə də hər şey dediyi kimi oldu”.

Qeyd edək ki, Mustafa İbili həmin verilişə gələrək Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min dollarının mənimsənildiyini açıqlamışdı.
Əməkdar artist isə bu iddianın əsassız olduğunu və qarşı tərəfin onun ailəsinə 100 min dollara yaxın borclu olduğunu söyləmişdi. Daha sonra Mustafa məhkəmə zalında həbs olunub və 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Tacxeber.com

Oxşar xəbərlər