• 23 Noyabr 2024 18:18

Gənclərdə ürək xəstəliklərinin yeni səbəbi tapıldı

 

Gənclikdə ürək xəstəliklərinə səbəb olan gendə mutasiya müəyyən edilib.

“Medicina” xəbər verir ki, Texas Universitetinin Sağlamlıq Mərkəzinin alimləri 30 və daha gənc yaşda xolesterol səviyyəsi normal olan və başqa risk faktorları olmayan insanlarda ürək xəstəliyinin yeni səbəbini aşkar ediblər.

Məlum olub ki, buna ACTA2 genindəki mutasiya səbəb olur. İşin nəticələri “European Heart Journal”da dərc olunub.
Tədqiqat zamanı mütəxəssislər ACTA2 genində xüsusi zülalı kodlayan molekulyar yolu aşkarlaya biliblər. ACTA2 arteriyaları əhatə edən və onların büzülməsinə səbəb olan hüceyrələrdə olur, bu da qan axını və təzyiqi idarə edir. Əvvəllər mütəxəssislər bu gendə olan bir sıra mutasiyaların gənclərdə ürəyin işemik xəstəliyinin inkişafına meylli olduğunu göstərmişdilər.

Bunun səbəbi ACTA2 tərəfindən kodlaşdırılan zülalın mutasiyaya görə səhv qatlanmasıdır və bu, hüceyrənin daxilində daha çox xolesterin əmələ gəlməsinə səbəb olur (qanda xolesterinin səviyyəsindən asılı olmayaraq).

Eksperimentdə müəlliflər ACTA2 mutasiyasına malik olan geni dəyişdirilmiş siçanları xüsusi pəhriz ilə qidalandırdılar. Heyvanlarda ateroskleroz inkişaf etdi.

Bundan əlavə, məlum oldu ki, mutasiyaya yoluxmuş siçanlarda qanda xolesterinin səviyyəsini aşağı salmaq üçün təyin edilən statin qrupundan olan preparat verilsə, ateroskleroz inkişaf tendensiyası azala bilər.

Tacxeber.com

Oxşar xəbərlər