• 24 Noyabr 2024 10:11

Roza Zərgərlini ölümcül hala salan klinikadan AÇIQLAMA

 

Müğənni Roza Zərgərli sosial şəbəkədə həkim səhvi ucbatından ölümcül vəziyyətə düşdüyünü açıqlayıb. Müğənni bu günlərdə “German Hospital”da mədəqatlama əməliyyatı keçirib, həkim səhvi ucbatından səhhətində ciddi problem yaranıb:

“Əməliyyatdan iki gün sonra reanimasiyadan çıxdım. Mayın 7-də konsertə getməli idim, getdim. 20 dəqiqə orada oturandan sonra çadır başıma fırlandı. Sən demə, əməliyyatdan sonra maye yığılan vasitə tez çıxarılıb, maye qarnıma dolub. Əgər mən dar paltar geyinməsəydim, ağrım olmasaydı çirk, maye qarnıma yığılıb, bir gecə öləcəkdim. Sonra da hamı deyəcəkdi ki, plastik əməliyyatdan ölüb. Konsertdə vəziyyətim pisləşdi, təcili yardım maşını məni evə gətirdi və Aslan həkimi çağırdı. Dedi ki, heç nə olmayıb. Sonra başıma bir iş gəldi, özümdən getdim, 20 dəqiqə sonra ayıldım. Bir neçə dəfə belə oldum. Rəfiqəm dedi ki, məcbur həkimə aparılmalıdır, yoxsa öləcək. Məlum olub ki, əməliyyat vaxtı dalaq və mədəaltı vəzimi zədələyiblər”.

Müğənni klinikadan təzminat tələb edəcəyini deyib:

“Aslan və klinikanın rəhbəri İlham həkim insan öldürənlərdir. Hər iki həkimə deyirəm ki, təzminat ödəyin. Xəstəxana heyəti kasıb, başı çıxmayan adamların pulunu yeyə bilər. Həkimlərin lisenziyası alınmamış, klinika bağlanmamış əl çəkən deyiləm”.

Musavat.com məsələ ilə bağlı “German Hospital”ın mövqeyini öyrənməyə çalışıb. Klinikanın əməkdaşı səslənən ittihamlara bu cür cavab verib:

“Bu haqda klinikamızdan hələlik heç bir açıqlama verilməyəcək. Çünki klinikamızın nə direktoru, nə də direktor köməkçisi ölkədədir”.

Tacxeber.com

Oxşar xəbərlər