Danimarkada Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimə qarşı vandallıq təşkil edilib.
Tacxeber.com “Sabah” qəzetinə istinadla xəbər verir ki, təxribat polisin mühafizəsinin iştirakı ilə baş verib.
Belə ki, Quranı yandıran qrup türk məhsullarını boykot etməyə çağıran pankartlar açıb.
Paytaxt Kopenhagendə İslam əleyhdarı və ifrat millətçi “Danimarka Patriotları” qrupunun üzvləri Qurana qarşı təxribatlarını bu gün də davam etdiriblər.
Onlar Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında İslamı təhqir edən şüarlar səsləndiriblər.