Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əsginaslar təqdim edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılıb.
Tacxeber.com DİN-ə istinadla xəbər verir ki, polis əməkdaşları naməlum şəxsin kimliyi müəyyən edib. Onun 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu olması məlum olub. Davam etdirilən tədbirlərlə V.Əmrahov saxlanılıb. Onun üzərindən 200 manat saxta əsginas aşkarlanıb.
Onun əməlindən zərərçəkən şəxslərin polisə məlumat vermələri tövsiyə edilir.