İmran Xan barədə qərar: 3 il həbs Dünya 05 Avqust 2023 13:00 101 Pakistanın keçmiş Baş Naziri və Ədalət Hərəkatı Partiyasının sədri İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib. “Report” xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb. Sabiq hökumət başçısı korrupsiyada təqsirli bilinib. Məhkəmənin qərarı ilə o 1209 dollar məbləğində cərimə ödəməlidir. Tacxeber.com