• 29 Noyabr 2024 22:25

Dənizdə GƏRGİNLİK – Hərbi təyyarələr HAVAYA QALXDI

Rusiya Müdafiə Nazirliyi ABŞ-a məxsus MQ-9A Reaper tipli pilotsuz uçuş aparatının (PUA) Qara dəniz üzərində Rusiya sərhədinə yaxınlaşdığını aşkar etdikdən sonra Su-30 qırıcı təyyarəsini havaya qaldırdıqlarını bildirib.

Nazirlikdən verilən açıqlamada, Qara dəniz üzərində Rusiya hava məkanına nəzarət vasitələrinin Rusiya Federasiyasının dövlət sərhədinə yaxınlaşan hava hədəfini aşkar etdiyi bildirilib.

Hava hücumundan müdafiə vəzifələrini yerinə yetirən Rusiya Hava və Kosmik Qüvvələrinə məxsus Su-30 döyüş təyyarəsinin hava hədəfinin müəyyən edilməsi və Rusiya dövlət sərhədlərinin pozulmasının qarşısının alınması məqsədilə havaya qaldırıldığını açıqlayıb.

Xatırladaq ki, Martın 14-də ABŞ Avropa Qüvvələr Komandanlığı (EUCOM) Rusiyanın iki Su-27 təyyarəsinin Qara dənizdə ABŞ-ın MQ-9 tipli PUA-ya təcavüz etdiyini və təyyarələrdən birinin qəzaya uğraması zamanı MQ-9-un beynəlxalq sulara çırpıldığını qeyd edib.

Rusiya Müdafiə Nazirliyi isə ABŞ-ın MQ-9 PUA-nın Ukraynadakı “xüsusi hərbi əməliyyat” səbəbiylə beynəlxalq standartlara uyğun olaraq bütün hava məkanı istifadəçilərinə bildirilən müvəqqəti status sahəsini pozduğunu açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər