• 30 Noyabr 2024 04:34

“Moskvaya yürüş qaçılmazdır” – “Rusiyaya azadlıq” Legionu

“Ukraynada hadisələr Avromaydan qələbəsi zamanı olduğu kimi cərəyan edəcək…”

“Legion “vaqnerçilərlə” toqquşmanı istisna etmir, çünki Priqojin hakimiyyət uğrunda mübarizəni davam etdirəcək…”

Priqojin qiyamı göstərib ki, Moskvayadək gedib çatmaq tamamilə realdır, çünki yerli güc stukturları ona heç bir müqavimət göstərməyib.

Bu barədə Rusiya müxalifətinin və “Rusiyaya azadlıq” Legionunun kommunikasiyalar məsələləri üzrə müşaviri Aleksey Baranovski bəyan edib və qeyd edib ki, Ukrayna müdafiəçiləri bu hadisələrdən lazımi nəticələr çıxarıb.

“Priqojin qiyamından biz öz nəticələrimizi çıxarmışıq. Bizim üçün belə vəziyyətə yerli güc strukturlarının necə reaksiya verəcəyini görmək vacib olub. Onlar çox gözəl reaksiya verib, müqavimət göstərməyib. Bunun sayəsində Priqojin Moskvayadək gedib çıxıb, amma ona hücum etməyib. Bu, bizə göstərib ki, Moskvaya gedib çıxmaq tamamilə realdır”, – Baranovski qeyd edib.

O, həmçinin vurğulayıb ki, Moskvaya yürüş qaçılmazdır.

“Bizim son planımız Moskvaya yürüş etməkdir. Biz hesab edirik ki, Ukraynada hadisələr Avromaydan qələbəsi zamanı olduğu kimi cərəyan edəcək. Güc strukturları pis rabitəyə, məzuniyyətə istinad edərək hansısa məqamda Ukraynanın o zamankı prezidenti Viktor  Yanukoviçin əmrlərini, sadəcə, icra etməyib, kimin üstün olacağını-inqilanın qalib gələcəyini, yoxsa Yanukoviçin tab gətirəcəyini gözləyib. Biz hesab edirik ki, oxşar vəziyyət Rusiyada da olacaq”, – Baranovski bəyan edib.

O, həmçinin vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri Krıma daxil olan kimi Rusiyada dərhal kollaps başlayacaq.

“USQ Krıma daxil olanda Rusiyada idarəetmədə kollaps başlayacaq. Bax, o zaman Moskvaya yürüş etmək lazım gələcək. Legion buna hazırlıq görərək öz qüvvələrini artırır. Biz bu yürüş zamanı Rusiyada Putin rejimindən narazı olan insanların bizə qoşulacağına bel bağlayırıq. Bu zaman güc strukturları əmrləri icra etməkdən imtina edəcək və Putin üçün Krımın itirilməsinin nə ilə bitəcəyini gözləyəcək”, – Baranovski qeyd edib.

“Rusiyaya azadlıq” Legionu-bəlli olanlar

Legion Rusiyanın Ukraynaya hərbi müdaxiıəsindən dərhal sonra formalaşıb. Legionun tərkibinə Ukrayna tərəfinə keçən rusiyalı və beloruslar daxil olub. Legion Ukraynanın beynəlmiləl ərazi müdafiə qüvvələrinin tərkibinə daxil olub.

Onun son məqsədi Rusiyanı Putin rejimindən xilas etməkdir, məhz buna görə də Legion döyüşçüləri öz şevronlarında Rusiya bayrağının təsvirindən istifadə etmir. Rusiyanın rəsmi ağ-göy-qırmızı bayrağı əvəzinə əl şevrolarında ağ-göy-ağ bayraqdan istifadə edir.  (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər