Arayik Arutyunyan Azərbaycanın ali rəhbərliyinə müraciət edəcək.
Konkret.az xəbər verir ki, bu xəbəri erməni teleqram kanalları yazıb. Məlumata görə, Arayik televiziyaya verəcək müsahibəsi zamanı Rusiyanı ittiham edəcək.
Xəbərləri şərh edən erməni ekspertlərə görə, Arayik çox gözəl bilir ki, Qarabağ məsələsi artıq həll olunmaq üzrədi, amma bunu etiraf etməyə gücü çatmır. Çünki Arayık Rusiyadan qorxur, həm də yerli separatçılardan. “Bugünkü bəyanatın əsas məqsədi Azərbaycana rəğbət bəslədiyini önə çəkməkdir. O, Qarabağ ermənilərini təslim olmağa və Azərbaycanın şərtləri ilə razılaşmağa çağıracaq. Arutyunyan rus sülhməramlılarını gözdən salmaq üçün bir sıra arqumentlər də gətirəcək.
Qarabağda Rusiyaya qarşı daha bir təxribat hazırlanır. Cümə günü rusofob Artur Osipyan Qarabağdakı rus bazasına gedib. Burada Osipyan üçün vəziyyət, necə deyərlər, ürəkaçan deyil. Rusiya üçün daha pis vəziyyət Arayik Arutyunyan sərfəlidir, amma Osipyan kimilər üçün deyil. Arayikin planları Amerikada hazırlanıb deyə çox arxayındır”.
Amma separatçılara görə, “Arutyunyan siyasi intriqaları davam etdirməklə güc toplayır, səhvlərini və günahlarını etiraf etmək əvəzinə, Xankəndini xilas etmək əvəzinə öz dərisini xilas etməyə çalışır”.