Parkinq “mafiyası” hücuma keçdi: AzParking əməkdaşları döyüldü – Video
Bu gündən etibarən Bakı şəhəri üzrə parklanma qaydalarında yeniliklər tətbiq olunub. Belə ki, artıq vətəndaşlar AzParking mobil tətbiqindən istifadə etməklə parklama üçün online şəkildə ödənişlər edəcəklər. Lakin elə ilk gündən problemlər ortaya çıxıb.
Tacxeber.com Avtosfer.az-a istinadən xəbər verir ki, ekspert Elməddin Muradlı sosial şəbəkə hesabında bu barədə məlumat verib. Ekspert bildirib ki, illərdir qanunsuz olaraq parklanma üçün ödənişlər alan “mafiya” bu gün bir neçə yerdə AzParking əməkdaşlarına hücum edib və onları döyüblər. Belə ki, əlillər və qazilərin adından istifadə edən bu şəxslər əməlli-başlı quldurluq edir. Hesablamalara görə aylıq ən azı 1 milyon manatdan çox gəlir əldə edən bu şəxslər yeni sistemə qarşı çıxaraq qanunsuz yollarla qazandıqları pulları itirmək istəmir. Ən maraqlısı isə bu işdə əlillər və qazilərin adından sui-istifadə hallarıdır. Polis bu şəxslərə qarşı mübarizə aparanda belə əlavə problemlər çıxır. Xüsusi “Whatsapp” qrupu vasitəsilə əlil və qazilər döyüş yoldaşlarının problemi olduğunu və yığışmaq “əmri” verilir. Heç nədən xəbəri olmayan qazilər isə bu işdə alət olduqlarının fərqinə varmırlar.