Rusiya Federasiyasının Krasnodar diyarının Tuapse şəhərində Dederkoy kəndi yaxınlığında çay sahilində iki nəfəri öldürməkdə təqsirli bilinən, 19-36 yaşlarında olan milliyyətçi erməni 4 yerli sakin saxlanılıb.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
İdarədən verilən məlumata görə, saxlanılan şəxslər bir qrup şəxs tərəfindən iki nəfəri qətlə yetirməkdə (RF CM-nin 105-ci maddəsinin 2-ci hissəsinin “a” və “g” bəndləri) ittiham olunurlar. Həbsdən əvvəl Daxili İşlər Nazirliyi şübhəlilərin kimliyini açıqlayıb. Onlar 27 yaşlı Artyom Turkmenyan və Albert Ekzaryan, 36 yaşlı Vartan Tulumjyan və 19 yaşlı Karen Ustyandır.
Müstəntiqlərin sözlərinə görə, davadan bir qədər əvvəl sonradan öldürülənlərdən biri ilə Ustyan arasında münaqişə yaranıb. Mediazona xəbər verir ki, avqustun 5-də gənc oğlan tanışları ilə birlikdə Dederkoyda rəqibi ilə qarşılaşıb və 19 yaşlı Krasnodar sakininin tanışları ilə qarşı tərəfdən olan 3 nəfər arasında dava düşüb.
Nəticədə 37 və 41 yaşlı kişilər aldıqları xəsarətlərdən ölüb, 20 yaşlı gənc də yaralanıb – o, xəstəxanaya aparılıb. Ölənlərin kimliyi təhlükəsizlik qüvvələri tərəfindən açıqlanmayıb.
Eyni zamanda, 93.RU-nun mənbəsi onlardan birinin “Vagner”-in muzdlu əsgəri olduğunu iddia edir. Həmçinin, “24 Kanal” ölənlərin “vaqner”çilər olduğunu bildirib. (Moderator.az)