• 29 Noyabr 2024 20:39

Böyük skandal ifşa edildi – Almaniya gizli yolla Rusiya ilə…

2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi davam edərkən, Qərb dünyası Moskvaya sanksiyaları davam etdirir. Amma məlum olur ki, bəzi ölkələr Rusiya iqtisadiyyatını zəiflətmək və bu ölkənin dünya bazarındakı payını azaltmaq üçün qəbul edilən qərarları arxa qapıdan pozurlar.

 

 

Tacxeber.com Teleqraf.com-a istinadən xəbər verir ki, təbii qazdan asılı olduğu üçün Rusiya ilə üz-üzə gəlmək istəməyən və müharibənin ilk aylarında müqavimət göstərən Almaniya sonda ABŞ-ın təzyiqi ilə sanksiyalara qoşulmuşdu. Berlin hətta “Şimal Axını 2”dən də çəkilmişdi.

Rusiya Araşdırmalar İnstitutunun (RUSEN) iddiasına görə, Almaniya dolayı yolla Rusiyaya mal satmağa davam edir.

Almaniyanın Rusiyaya ixracının 2023-cü ilin ilk yarısında 2019-cu ilin birinci yarısı ilə müqayisədə 62 faiz azaldığını qeyd edən RUSEN eyni dövrdə Qazaxıstana ixracın 40, ümumilikdə Orta Asiyaya ixracının isə 60 faiz artdığını bildirib.

“Yəni Almaniyanın Rusiyaya ixracı azalarkən, Qazaxıstan və digər Orta Asiya ölkələrinə artıb. Yəni mallar dolayı yolla Rusiyaya çatıb”, – məlumatda deyilir.

RUSEN Almaniyanın Qırğızıstan üzərindən Rusiyaya silah istehsalında istifadə edilən materialları çatdırmağa davam etdiyini, Almaniyanın Qırğızıstana ixracatının son 3 ildə dəfələrlə artdığını və bu malların böyük əksəriyyətinin Rusiyaya getdiyini iddia edib.

Bu yaxınlarda CNN-ə danışan Yale Universitetindən professor Ceff Sonnenfeld Rusiya-Ukrayna müharibəsindən sonra 1000-dən çox şirkətin Rusiyanı tərk edəcəyini və investisiyaları dayandıracağını vəd etdiyini, amma əksər iri şirkətlərin bu vədlərini yerinə yetirmədiyini demişdi.

Tacxeber.com

Oxşar xəbərlər