• 21 Sentyabr 2024 06:42

Havanın temperaturu Bakıda 41, bəzi rayonlarda 43 dərəcəyədək artacaq

 

Avqustun 10-da Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 36-41°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 29-34° isti olacaq.

Tacxeber.com

Oxşar xəbərlər