• 25 Noyabr 2024 04:31

Qarabağın erməni sakinlərinin “Laçın” SBM-dən sərbəst keçidini sübut edən növbəti görüntülər – VİDEO

 

Avqustun 9-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Azərbaycanın Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən (SBM) növbəti sərbəst keçidi təmin edilib.

Bununla bağlı görüntülər Caliber.Az-ın yaydığı yeni videokadrlarda əks olunub.

Videogörüntülərdə mülki şəxslərin sənədlərinin və baqajlarının yoxlanılması prosesi əksini tapıb. Yoxlandıqdan sonra onların sərhəd-buraxılış məntəqəsindən sərbəst keçməsi təmin edilib.
Bu videokadrlar Qarabağ ermənilərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin və ya çətinliyin olmadığını bir daha sübut edir.

 

Oxşar xəbərlər