• 21 Sentyabr 2024 09:33

“Ondan həm çəkinir, həm də utanırdım”

 

Xalq artisti Brilliant Dadaşova müğənni Akif İslamzadə ilə bağlı paylaşım edib. 

Tacxeber.com xəbər verir ki, müğənni ad günü olan A.islamzadənin ona sənətdə çox dəstək olduğunu bildirib:

“Qardaşım Akif İslamzadənin ad günüdür. Məni səhnəyə çıxmağa, musiqilərimizi geniş auditoriya qarşısında ifa etməyə məcbur edən insan. Ondan həm çəkinirdim, həm də utanırdım. Bu dünyada çətin sənət yolu kimi sonsuz məsuliyyət yükünü çiyinlərimə qoyan böyük musiqiçi, böyük şəxsiyyət: Ad gününüz mübarək olsun”.

Tacxeber.com

Oxşar xəbərlər