Bu əşyalardan hər gün istifadə edirik. Amma üzərlərindəki kiçik detalların hansı işə yaradığını və ya mənasını bilmirik.
Tacxeber.com gündəlik həyatımızda istifadə edilən şeylərin əsl mənasını təqdim edir.
Benzin göstəricisindəki ox işarəsi
Benzin göstəricisindəki ox işarəsinə baxaraq maşından enmədən avtomobilin yanacaq anbarı qapağının hansı tərəfdə olduğunu bilməkolur. Bu eyni zamanda benzin stansiyasına girərkən park etməyi də asanlaşdırır.
Cins şalvarların cib kənarlarındakı düymələr
İlk cins şalvarlar tikiləndə ən böyük problem şalvarı geyən işçilərin hərəkətlərindən asılı olaraq tez-tez cırılması idi. Bu problemi şalvarın cib kənarlarında metal düymələrin tikilməsi ilə həll etdilər.
“Converse” idman ayaqqabılardakı dəliklər
Bu ayaqqabılar əslində basketbol ayaqqabısı kimi istehsal edilib. Kənarlardakı bu dəliklərdə uzun olan ayaqqabı bağlarının bağlanması və eyni zamanda tərləyən ayaqların hava alması üçündür.
Maşının salon güzgüsündəki düymə
Bu düymə gözü narahat edən işığın istiqamətini dəyişdirir.
Klaviaturadakı F və J hərflərindəki xətlər
F və J hərfləri 10 barmaqla yazarkən işarət barmaqlarının yerini göstərir. Hərflərin üzərindəki çıxıntıların köməyilə barmaqlarınızın olduğu səmti baxmadan da təyin edə bilərsiz.
Cins şalvarlardakı kiçik ciblər
Bu ciblər əslində 1880-ci illərdə istifadə edilən zəncirli cib saaatlarını qoymaq üçün hazırlanıb.
Makaron qaşığındakı dəlik
Bu qaşıqdakı dəliyin əsas məqsədi bir nəfərlik spagetti porsiyasını müəyyən etməkdir.
Plastik qabların içərisindəki şəffaf halqa
Bunun məqsədi suyun dadını qorumaqdır.
Qələmlərin qapağındakı dəlik
Bu dəliyin mənası bir az qəribədir. Əgər bir uşaq bunu udarsa, nəfəs yolunun tamamilə tıxanmasının qarşısını almaq üçündür.