• 23 Noyabr 2024 04:58

“Ərzaq baha, geyim baha, maaş az” – Nura Suri

 

“Qarşıma məktəbli geyimlərinin qiyməti ilə bağlı bir status çıxdı. Bir neçə övladı olan valideyn bu formanı necə alsın? Dövlət məktəbləri pulsuzdursa, forma da heç olmasa pulsuz olsun”.

Tacxeber.com xəbər verir ki, bunu müğənni Nura Suri deyib.

“Məktəb ləvazimatları da baha, geyim də. Ümumiyyətlə, 300-500 azn maaş alan ailələr necə dolansın? Marketlərdə qiymətlər hər gün qalxır. Ərzaq baha, geyim baha, maaş az. Kommunaldan heç danışmıram. Pensiya ilə dolananlar nə yeyir, kommunalı necə ödəyir? Bir əlacı var bu problemin? Millət vəkillərinə ünvanlayıram bu sualı. Dostluğumda olanlar cavablandırsın heç olmasa…” – müğənni əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər