• 22 Noyabr 2024 05:51

Putinlə Priqojin arasında YENİ GƏRGİNLİK – Lukaşenko da İMTİNA ETDİ

Vaqnerçilərin Rusiyaya qayıtması ilə bağlı məlumatlar Rusiya Prezidenti Vladimir Putinlə “Vaqner” RMC-nin rəhbəri Yevgeni Priqojin arasında razılaşmaların pozulduğunu göstərir.

Sfera.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri məlumat yayıb.

Bundan başqa, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın muzdluları saxlamaq üçün pul ödəməyəcəyini anlayanda “Vaqner RMC”ni maliyyələşdirməkdən imtina edib.

Yeni hesabatda deyilir ki, Putin “Vagner RMC”ni döyüş bölməsi kimi saxlamaqda maraqlıdır, lakin Priqojini təhlükə olaraq görməkdə davam edir.

Analitiklər hesab edirlər ki, bütün bunlar muzdluları əsəbiləşdirəcək və Putinin üsyandan bəri fəal şəkildə yaratmağa çalışdığı daxili təhlükəsizlik cəbhəsini sarsıdacaq.

Tacxeber.com

Oxşar xəbərlər