• 25 Noyabr 2024 00:09

Oğurluq neft pullarının milyonçusu.

Haram pullar hesabına yüksəlişulları və gecəqondu milyonçusu

İki cür zəngin var. Birincilər hər şeyə öz əməkləri sayəsində çatan və var-dövləti yoxdan var edənlərdir. Onların əməyinə şapka çıxarırıq. Amma ikinci tipdən olan milyonçular başqadır. Bizim “qəhrəmanımız” Anar Əliyev kimi. O kənd uşağı ki, məhz Rövnəq Abdullayevin yaxın qohumu olduğuna görə multimilyoner olub. Rövnəq Abdullayevin dövlətdən oğurladığı pulların yuyulduğu inhisarçı şirkətlər onun adına rəsmiləşdirilib. Xatırlayırsınızsa, ilk dəfə gündəmə adsız milyonçu kimi gələn Anar Əliyev öz adı ətrafında yaranan qalmaqaldan sonra ortaya çıxıb müsahibə vermək qərarına gəlmişdi. Radarın kənarında qalmaq istədiyi üçün mətbuata elə uydurma nağıllar danışmışdı ki, kimsəni inandıra bilməmişdi. Qızıl heykəlciklər fonunda çəkdirdiyi şəkli də göstərmişdi ki, bu adam indi dünyanın öz ayaqları altında olduğunu düşünür.

Anar Əliyev… Bəli, bu oğlan Rövnəq Abdullayevin tapşırıqlarını yerinə yetirən bir nömrəli buyruqçudur. O, neft fırıldaqçılarının xalqı qarət etməsinə yardım göstərən tipik iqtisadi cinayətkardır. O, xüsusi olaraq alkoqol istifadəçisi deyil, narkotik qəbul etmir, xülasə, Rövnəq Abdullayevin əmisi oğlu olmaq şansına malik tipik avam kənd uşağıdır. Anar Əliyevin hərəkətverici motivi yalnız öz maraqlarıdır. Eqoist hədəfləri və eqoist motivi onu cinayətə sövq edən əsas amildir. Digər bir motiv özünə inam, öz səlahiyyətlərini artırmaq və güc sahibi olmaqdır. Bu adam ən aşağı mənəvi və əxlaqi keyfiyyətlərə malik biridir. Elə buna görə də, o, korrupsiya yolu ilə əldə edilən mülkiyyət hüquqlarına haqq qazandırır.

SOCAR-ın 48 sövdələşməsində adı keçən qoçaq

Xatırlatma üçün…Bir neçə il əvvəl Azərbaycan ictimaiyyətinin diqqətini bu gəncin üstünə “Global Witness” təşkilatının SOCAR-dakı iri korrupsiya əməliyyatları haqqında açıqlamaları yönəltmişdi. Məlum olmuşdu ki, SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyev adlı şəxsin bağlılığı var. Bunlardan yalnız birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan “Socar Trading SA” şirkətindən Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub. Anar Əliyevin SOCAR-la böyük layihələrə imza atan şirkətlər qurmazdan əvvəlki biznes karyerasına dair əsaslı faktlar yox. “Global Witness” Anar Əliyevlə bağlı şirkətlərin çoxmilyardlı Bakı Ağ Şəhər layihəsində də yer aldığını göstərib. Onun sahibi olduğu UGE şirkəti Ağ Şəhər layihəsində 99 faiz paya sahib olub.
SOCAR Trading SA” şirkəti Anar Əliyevə məxsusdur və bu şirkət vasitəsi ilə Azərbaycan neftini ikinci əldən sataraq milyonlarla dollar qazanc əldə olunması faktdır. Britaniya mediasının yazdığına görə, Londonda mülk alan oliqarxların içərisində 37 Azərbaycan vətəndaşı qeydə alınıb. Deyilənə görə, London şəhərində mülk alan 37 Azərbaycanlı arasındakı şəxslərdən biri SOCAR-ın ofşor şirkətlərinin nəzarətçisi, onlara rəhbərlik edən Anar Əliyevdir. Bu şəxsin digər Avropa ölkələrində də Azərbaycandan oğurladığı milyonlar hesabına biznes şəbəkəsi yaratdığı qeyd olunur.

Əslinə qalsa, Rövnəq Abdullayev bir insan olaraq öz uğursuz oğlu və dayısı oğlu ilə müqayisədə daha yaxşı və daha sadə biridir. Rövnəq Abdullayev pis- yaxşı öz ayaqları ilə bir həyat yolu keçib. Ancaq yuxarıda gördüyümüz kimi, ailə üzvlərinə tərbiyə verə bilməyib. Məsələn, heç bir zəhmət çəkmədən milyonçu olmuş oğru Anar Əliyev lovğa, təkəbbürlü və özünə vurğun biridir. O, geyimini bilmir, gündəlik həyatda özünü aparmağı bacarmır, lakin tabe olduğu rəhbərlərinin qarşısında qul kimi dayanır. Rəşad Abdullayev haqqında isə heç danışmağa dəyməz, çünki belə sosial tullantıları onsuz da tarix çox qısa zamanda süpürüb aparır.

SOCAR-dan yayılan korrupsiya epidemiyası

Bax belə. Azərbaycanda dəhşətli cinayətlər baş verir. Yoxsuluq içində boğulan xalqın milyardlarını bir ovuc haramzada siçovul kimi daşıyıb uzaqlara aparır. Son illərin araşdırmalarına görə, SOCAR rəhbərliyi bu cinayətlərin başında yer alır. İllərdir Rövnəq Abdullayev və onun Anar Əliyev kimi dərisi qara qəpiyə dəyməyən qohumları ölkənin qanını sormağa davam edir. Nə qədər acınacaqlı olsa da, onlar haqqında ölçü götürmək istəyən belə yoxdur. SOCAR-dakı korrupsiya milli təhlükəsizliyə böyük təhdiddir və təəssüf ki, bu fakt Azərbaycanda çoxlu sosial xəstəliklərin yayılmasına meydan açmaqda davam edir. 

azerbaycansaati – 2019

Tacxeber.com

Oxşar xəbərlər