• 24 Noyabr 2024 04:48

Elman Rüstəmovun qızı Londonda şirkət açdı – FOTO

 

Baş nazirin müşaviri, Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovun ikinci qızı Süsən Rüstəmova da Londonda şirkət açıb.

Tacxeber.com xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

“London Modalar Kollecinin məzunu olan Süsən Rüstəmova EV LDN LTD-ni İran əsilli Anita Nazənin Şahi ilə ortaqlıq əsasında bu ilin yanvarında təsis edib. Şirkət keçmiş baş bankirin qızına məxsus Belvedere Row Apartments 64, Fountain Park Way ünvanında qeydiyyatdan keçib. Elman Rüstəmov Londonun bahalı yaşayış kompleksində yerləşən mənzilı qızına 2 il əvvəl 820 min funt sterlinqə allb. Elman Rüstəmovun digər qızı Günel Rüstəmova da həyat yoldaşı Cümə Əhmədzadə ilə birgə Londonda bahalı mülkə, Azərbaycanda və Çexiyada otellərə sahibdir. Onların Londonda sahib olduqları Gyunel Limited-in aktivləri 2022-ci ilin maliyyə hesabatına görə 6 milyon funt-sterlinqdən artıqdır”, – C.Həsənli qeyd edib.

  

Tacxeber.com

Oxşar xəbərlər