• 30 Noyabr 2024 04:58

Paşinyan yararsız yolda qəzaya düşdü – VİDEO

Paşinyan yararsız yolda qəzaya düşdü - VİDEO

 

“Ermənistanda yol təmirinin keyfiyyəti biabırçı dərəcədə aşağıdır”.

Tacxeber.com xəbər verir ki, bunu Ermənistan hökumətinin avqustun 11-də keçirilən iclasında respublikanın baş naziri Nikol Paşinyan bildirib.

O, əlavə edib ki, son günlər avtomobillə ölkəni gəzərkən buna əmin olub.

“Qar yağanda yol istismar şirkətləri təmizlik işləri aparır, bəs yağış yağanda? Yağış suları yola tökülür və hamı, deyəsən, bu suları təmizləyəcək daha konstruktiv yağış gözləyir. Yağış, qar yağmasa, heç kim bu yolları təmizləmək istəmir? Hökumətin qərarına əsasən, sözügedən şirkətlər hava şəraitindən asılı olmayaraq, hər gün bütün uzunluğu boyunca yolların hərəkət hissələrini süpürməlidirlər”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, digər problem 70-ci illərdən bəri dəyişməyən yol nişanlarıdır.
“Bu nişanlar ən azı mənim yaşımdadır. Həmçinin də, xidmətçi şirkətin aradan qaldırmağa borclu olduğu yolda yaranan çuxurlar və çatlar. Dilican-İcevan yolunda hər kilometrdə çuxurlar var. Bunu kim təmir edəcək? Ölkənin baş naziri niyə bu haqda danışmalıdır? Bu o deməkdir ki, bəzi insanlar ümumiyyətlə öz işlərini görmürlər”, – deyə Nazirlər Kabinetinin rəhbəri bildirib.

Öz növbəsində Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri Qnel Sanosyan hər şeyin keçmiş hakimiyyətin dövründə necə olduğunu xatırladaraq, özünə haqq qazandırmağa çalışıb. Lakin Paşinyan nazirin çıxışını bitirməsinə imkan verməyib.

“Daxili araşdırma aparın, insanlar öz işlərini görməyiblər, nöqsanlarla işi görən şəxslərin adları ilə bir siyahını mənim masama qoyun. Bu dəliklər, qum, daşlar üzündən insanlar qəzaya düşür. 2016-cı il parlament seçkiləri zamanı mən özüm də Qeqarkunik rayonunda qum ucbatından qəza keçirdim”, – deyə hökumət başçısı yekunlaşdırıb.


Oxşar xəbərlər