Son zamanlar evində canlı yayım açaraq izləyiciləri ilə dərdləşən müğənni Serdar Ortaç paylaşımları ilə tez-tez gündəmə gəlir.
İfaçı bu dəfə həm kişiləri, həm də qadınları hədəf alıb.
“İpinizi qadının əlinə çox verməyin, ayıbdır. Kişilər yazıqdır. Mən ipimi keçmiş həyat yoldaşıma verdim, nə oldu? Sinəsi var deyə… Qıza gül göndərdim, “təşəkkür edirəm” dedi” – ifaçı canlı yayım zamanı bildirib.
Ortaç aciz kişilərə də səslənib: “Ayıb olsun sizə. Sən kişisən, kainatın yaradıcısısan. Sevdiyim qadın mənə deyir ki, Bodruma tətilə gedəcəm. Məni sevirsənsə, 3 gün boş vaxtımız var. Mənim yanımda qal”.