• 30 Noyabr 2024 08:45

“Yuxudan durub özümü vururam ki, niyə Azərbaycanda doğulmamışam” – VİDEO

 

Rusiyada yaşayan erməni əsilli Şavarş Haqverdyan adlı sosial şəbəkə istifadəçisi Azərbaycana heyranlığını ifadə edib.

Tacxeber.com xəbər verir ki, o, azərbaycanlı müğənni Cahid Hüseynlinin (JONY) klipində epizodik rol aldığı üçün sevincini izləyiciləri ilə bölüşüb.

“Mən Coninin klipində çəkilmişəm. O, kumirimdir, onun fanatıyam. Conini o qədər çox sevirəm ki, hərdən yuxudan oyanarkən özümü bax belə bərkdən vururam ki, niyə Azərbaycanda doğulmamışam. Bax, bacım buna inanmır. İndi sizə göstərəcəyəm”, – Şavarş deyib.

Daha sonra televizorun ekranını çəkərək klipdə yer aldığı epizodu təqdim edərək möhkəm sevinib.

 

Oxşar xəbərlər