Qurban Qurbanovun oğlu elə bir AÇIQLAMA VERDİ Kİ… İdman 13 Avqust 2023 20:27 209 “İsveç çempionatı kifayət qədər güclüdür”. Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın sabiq hücumçusu Musa Qurbanlıya məxsusdur. İki ay öncə “Yurqarden”lı 3 illik müqavilə imzalayan Qurban Qurbanovun 22 yaşlı oğlu Azərbaycan və İsveç çempionatlarını müqayisə edib: “Əvvəllər “Qarabağ”da oynamışam, yaxşı komandadır. Amma çempionat olaraq İsveç Allsvenskanı Azərbaycan Premyer Liqasından güclüdür. Bütün matçlar çətin keçir. Turnir cədvəlinin aşağı pillələrindəki komandalar da favoritlərə qarşı uğurlu çıxış edirlər”. Tacxeber.com