• 30 Noyabr 2024 10:29

Hər səhər sarıköklü ilıq su nəyə görə içməliyik? – Bitməyən faydaları

Sarıkökün sağlamlığa faydası saymaqla bitməz.

her-seher-sarikoklu-iliq-su-neye-gore-icmeliyik

 

Sarıkök yeməyə dad verməklə yanaşı bir çox xəstəliklərin müalicəsində də istifadə edilir.  İmmuniteti gücləndirir,  dişləri ağardır, arıqladır, beyni qidalandırır, oynaq ağrılarına yaxşı təsir edir,  xərçəng hüceyrələrini öldürür,  sızanaqlardan xilas edir,  iltihabi xəstəliklərin qarşısını alır.  Sarıköklə bağlı xeyli sayda möcüzəvi qarışıqlardan istifadə edilir. 

Sarıkökün tərkibində olan kurkumin maddəsi insan sağlamlığı üçün çox faydalıdır.

Tacxeber.com sarıköklü ilıq suyun faydasından yazacaq.

Sarıköklü suyu hazırlamaq üçün bir stəkan ilıq suya yarım çay qaşığı sarıkök qatılır. Zövqə uyğun bal da əlavə etmək olar. Bu içkinin daha effektli təsiri üçün səhərlər, xüsusilə 6-7 radələrində boş mədəyə qəbul edilməsi tövsiyə olunur. Sarıköklü suyu içdikdən sonra 30-40 dəqiqə heç bir maye və qida qəbul edilməməlidir.

Sarıköklü su orqanizm üçün nələri vəd edir, sağlamlıq üçün onun hansı faydaları var?

– 2-ci tip şəkərli diabetlər üçün olduqca faydalıdır.

– Onkoloji xəstəliklərin profilaktikası üçün effektli vasitədir.

– Qaraciyərin fəaliyyətini normallaşdırır.

– Həzmi yaxşılaşdırır.

– İltihab əleyhinə mübarizə aparır.

– Ürək-damar sistemi üçün xeyirlidir, arteriyaları təmizləyir.

– Zehni fəaliyyətə müsbət təsir göstərir.

– Yaddaşı gücləndirir.

– Vaxtsız qocalma prosesini ləngidir.

– Dəri problemlərini aradan qaldırır.

Sarıköklü suyun faydaları ilə bağlı siyahını bir az da uzatmaq olar. Ancaq ən yaxşısı bu içkidən istifadə edib onun inanılmaz nəticələrini orqanizmdə hiss etməkdir.

Bu unikal vasitədən ilk dəfə 7 gün istifadə olunmalıdır. Sonra isə kursu tez-tez təkrar etmək olar.

Sarıköklü sudan istifadə etmək qərarına gələndə həkimlə məsləhətləşmək vacibdir.

Tacxeber.com

Oxşar xəbərlər