Günümüzdə bir çox insan zeytun yağının daha sağlam olduğunu düşünərək, günəbaxan yaxının istifadəsini dayandırır və ya azaldır. Bir çox mütəxəssisin bu prosesin lehinə olmasına baxmayaraq, rus diyetoloq bu haqqda aparılan araşdırmalara nəzərən əleyhinədir.
“Medicina” xəbər verir ki, diyetoloq Aleksey Kabanov qeyd edib ki, zeytun yağı heç də günəbaxan yağından sağlam vasitə deyil. Onun sözlərinə görə, aparılan araşdırmalar nəticəsində bu qənaətə gəlinib ki, günəbaxan yağında antioksidant E vitamini də daxil olmaqla bir çox vitamin var.
Həkim-diyetoloq bitki yağlarını ümumiyyətlə, insan sağlamlığı üçün faydalı adlandırdı. Yağ qəbul etmədən, yağdan tamamilə imtina edərək, insan orqanizmi normal fəaliyyət göstərə bilmir. Bitki yağları da orqanizmə doymamış yağ turşuları şəklində ən faydalı yağ növlərini verir. Onların istifadəsi sayəsində “pis” xolesterol səviyyəsi azalır və bununla da ürək-damar sistemi xəstəlikləri riski azalır.
“Bədən ilk növbədə müxtəlif bitki yağlarının, günəbaxan və zeytun yağlarının balanslı istifadəsi ilə fayda əldə edir. Lakin zeytun yağının diyetə daxil edilməsi prediabet, II tip diabet hallarında şəkər səviyyəsinin aşağı düşməsinə kömək edən və iltihabla mübarizə aparan bir məhsul kimi tövsiyə olunur. Bu o demək deyil ki, günəbaxan yağı zeytun yağına nisbətən aşağı keyfiyyətlidir.
Günəbaxan yağı (təmizlənməmiş, rafinəsiz) heç də zeytun yağının faydalarından geri qalmır. Günəbaxan yağı E vitamini də daxil olmaqla bir çox vitaminin, qiymətli omeqa-6 və doymamış yağ turşularının mənbəyidir. Zeytun yağı isə mono doymamış yağların və omeqa-9 yağ turşularının mənbəyidir. Buna görə pəhrizdə bu yağlar alternativ olmalıdır.”
Mütəxəssis izah edib ki, belə bir fərziyyənin yaranması marketinq siyasətinin nəticəsidir.
“Təcavüzkar reklam və marketoloqların səyləri sayəsində cəmiyyətdə zeytun yağının üstünlüyü barədə yanlış bir fikir inkişaf etdi. Əslində bu belə deyil: bitki yağları, bitki məhsulları kimi, bir qayda olaraq, bir – birini tamamlayır”.