• 21 Sentyabr 2024 06:43

“Rusiya elitasının bir hissəsi ukraynalılarla təmasa can atır” – Ukrayna Baş Kəşfiyyat Xidməti.

 

“Putinin hərbi-siyasi rəhbərliyinin bir çox nümayəndələri onun iflasa məhkum olduğunu həqiqətən anlayır…”

“Demokratik dövlətlər istənilən imperiya, üstəlik, Rusiya kimi geridə qalmış və çürüyən imperiyadan daha dayanıqlıdır…”

Rusiya elitasının bir hissəsi Ukrayna ilə təmaslara getməyə hazırdır, hakimiyyətin bəzi nümayəndələri isə Kreml daxilində qarşı-qarşıya dayanan qrupların itkiləri və məğlubiyyətlərində maraqlıdır.

Bu barədə “LİGA.net” xəbərlər saytının jurnalistlərinə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat Xidmətinin nümayəndəsi Andrey Yusov danışıb.

Onun sözlərinə görə, hazırda Rusiya hakimiyyəti arasında daxili rəqabət hökm sürür və preferensiyalar, pul axınları və vəzifələr uğrunda mübarizə gedir.

“Bütün bu proseslərin həlledici motivi Putindən sonrakı gələcəkdə öz yerinin və təhlükəsizlik zəmanətlərinin axtarışıdır. Putinin bugünkü hərbi-siyasi rəhbərliyinin bir çox nümayəndələri onun iflasa məhkum edildiyini həqiqətən anlayır”, – Yusov əmin edib.

O, vurğulayıb ki, Ukrayna bu proseslərdən öz xeyri üçün istifadə etməlidir.

“Onları izləmək lazımdır. Həm Ukrayna, həm də azad dünya üzrə bizim tərəfdaşlarımız bunun üzərində işləyir. Üstəlik, bu üzdəniraq elitanın bir hissəsi təmaslara getməyə hazırdır və haradasa hətta Kreml daxilində bu və ya digər qrupların daha çox itkilərə və məğlubiyyətə məruz qalmasında maraqlıdır”, – Ukrayna kəşfiyyatının nümayəndəsi qeyd edib.

Ukraynanın Rusiya elitasından daha çox praktiki mənfəətə bel bağlaya biləcəyi barədə dəqiqləşdirici suala cavabında Yusov deyib:

“Belə bir şey var, lakin biz bu barədə danışa bilmərik. Əksəriyyət hallarda söhbət ideoloji məsələlərdən getmir. Burada təhlükəsizlik barəsində sırf merkantil mülahizələrdən gedir”.

“Putin Rusiyası Ukraynada sabitliyin pozulmasına stavka edir və buna böyük vəsaitlər xərcləməkdə davam edir. Lakin bu, ikitərəfli prosesdir. Biz də işləyirik. Və biz anlayırıq ki, demokratik dövlətlər istənilən imperiya, üstəlik, Rusiya kimi geridə qalmış və çürüyən imperiyadan daha dayanıqlıdır”, – o, qeyd edib. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər