“Bakı ilə Qarabağ ermənilərinin nümayəndələri arasında danışıqlar prosesi birbaşa olmalıdır”.
Tacxeber.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko BMT TŞ-nin dünən keçirilən iclası ilə bağlı danışarkən deyib.
O, iclasda Rusiyanın mövqeyinin mahiyyəti ilə əlaqədar bildirib ki, Qarabağ ermənilərinə Azərbaycan vətəndaşı kimi yanaşılır.
“Regionda heç bir xarici hərbi kontingent olmayacaq – yalnız Rusiya sülhməramlı kontingenti. Ağdam-Xankəndi yolunun (və Zəngəzur dəhlizinin) işə salınması lazımdır, o zaman Laçın yolu işə düşəcək. Moskva Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqlədi. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın alternativi yoxdur”, – o bildirib.