• 25 Noyabr 2024 01:11

Müharibə veteranları ilə bağlı vacib xəbər 

Müharibə veteranları ilə bağlı vacib xəbər 

Azərbaycanda qiymət artımları ilə paralel müxtəlif dövrlərdə sosial müavinət, pensiya, maaş və təqaüdlərin məbləğində artım müşahidə olunur. Lakin müharibə iştirakçıları üçün təyin olunmuş 80 manat müavinətin məbləğində illərdir heç bir artım yoxdur. Hazırda bu məbləğlə dolanmaq mümkünsüzdür. Növbəti aylarda müharibə veteranlarının müavinətlərinin artırılması nəzərdə tutulur? 

Məsələ ilə bağlı deputat Musa Quliyev Referans.az-a danışıb.

“Bu müavinət işləmə qabiliyyəti olan müharibə veteranlarına verilir. Onlar əlliklik üzrə pensiya alan şəxslər və ya iş qabiliyyəti olan şəxslərdir. Bu o deməkdir ki, onlar müəyyən qədər sağlam insanlardır, böyük ehtimal ki, başqa gəlir mənbələri də var. Məbləğə gəldikdə sizə qatılıram, nəzərdə tutulmuş məbləğ o qədər də böyük deyil. Biz bu məsələni bir neçə dəfə hökümətin hesabatında da qaldırmışıq. Yəqin ki, payız sessiyasının büdrcə müzakirələrində bu məsələ yenidən gündəmə gələcək”.

Deputat Vahid Əhmədov isə qeyd edib ki, bununla bağlı müəyyən işlər görülür.

“Hesab edirəm ki, bu məbləğ çox azdır. Bu məsələ bir neçə dəfə də Milli Məclisdə müzakirə olunub. Düşünürəm ki, indiki şəraitdə, inflyasiyanın, qiymət artımının olduğu bir dövrdə müharibə veteranına 80 manat vermək, əlbəttə, azdır. Bunu müəyyən qədər artırmaq lazımdır. Aldığım məlumata görə, hökümətdə bu məsələlərə baxılır. Yəqin ki, növbəti dövlət büdcəsi müzakirələrində buna diqqət ayırılacaq”.

Sonda Vahid Əhmədov qeyd edib ki, ümumi olaraq, müharibə veteranı kitabçası alan şəxslər bir daha yoxlanılmalıdır. 1990-cı illərdə rast gəlinən saxta kitabça məsələsi indi də qüvvədə ola bilər.

Tacxeber.com

Oxşar xəbərlər