• 03 Dekabr 2024 21:12

“Qarşınıza çıxan informasiyaların böyük bir hissəsi gənclərin şüurunu yumaq üçündür”

“Gənclərə birinci tövsiyəm odur ki, küyə getməsinlər. Hazırda cəmiyyətdə çox pis tendensiyalar yaranıb. Və bunun vasitəsilə bizi idarə edirlər. Yəni insanların hər şeyə inanması halı gəlib çıxır. İstənilən bir informasiya yayılır və kor-koranə şəkildə hamı inanır”.

Bu sözləri  müsahibəsində yazıçı, şair İlqar Fəhmi deyib.

İnformasiya məkanında bu, keçmişdən qalan bir kompleks idi. Çünki o vaxtlar bizdə qəzet, mətbuat, televiziya az idi və bunlara dövlət nəzarət edirdi, kütləyə heç bir yoxlanılmamış, sınanmamış, təsdiq olunmamış informasiya verilmirdi. Və insanda bir fikir yaranırdı ki, əgər bir şey ki qəzetdə çıxıbsa, demək ki, bu yüz faiz belədir. Amma indi ki açıq informasiya dönəmidir, internetdə kim nə istəyir yazır, artıq gərək qəbul edəsiniz ki, sizin qarşınıza çıxan informasiyaların böyük bir hissəsi gənclərin şüurunu yumaq üçündür. Deməli, beyində sizə, gənclərə olan o təzyiqə qarşı müdafiə mexanizmləri formalaşdırmaq lazımdır. O vaxtlar Zirədə ağcaqanad əlindən oturmaq olmurdu. Kəndin qırağında qamışlıqlar olurdu, axşam gün batana yaxın, elə bilirdin ki, dəniz kənarından duman qalxırdı, kəndə tərəf gəlirdi. Hamı qaçıb evə girirdi. İndi hər bir gənc özünü o cürə “ağcaqanad”ların içində hiss etməlidir. Ondan beynini müdafiə mexanizmi yaratmalıdır. Çünki hər yerdən “ağcaqanad”lar hücum edir və sizi öz əsarətinə götürmək istəyir. Yoxsa əriyib gedəcəksiniz. Xalq olaraq da, cəmiyyət, dövlət olaraq da”, – İ. Fəhmi bildirib.  (Yeniavaz.com)

Tacxeber.com

Oxşar xəbərlər