• 23 Noyabr 2024 05:18

Rusiya nüvə silahı olan iqtisadi cırtdandır – Borrell

 

Rusiya Ukraynaya qarşı müharibədə uğur qazana bilməyəcək və dünyada Çin kimi çəkiyə malik deyil.

Tacxeber.com xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

AB diplomatı qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya genişmiqyaslı işğala başlamaq qərarına gələrək, demək olar ki, hər şeydə, xüsusən də enerji asılılığına görə AB ölkələrinə nəzarət etmək imkanında yanılıb.

“Putin özünü xilas etmək üçün xalqını və ordusunu qurban verməyə hazırlaşır, buna görə də sülh danışıqları aparmaq çətindir”, – Borrell vurğulayıb.

Eyni zamanda, Borrell Ukraynanın “sülh formuluna” dair Səudiyyə Ərəbistanında keçirilən son danışıqlarını müsbət qiymətləndirərək, Çinin bu danışıqlarda iştirakına diqqət çəkib:

“Baxmayaraq ki, Çin heç vaxt Rusiyaya dəstəyini azaltdığını və ya onun aşkar məğlubiyyətinə töhfə verdiyini birbaşa deməyəcək. Pekin hazırkı vəziyyətdən qətiyyən razı deyil. Ən azı nüvə silahlarından istifadə məsələsində…”.

AB-nin Çinə qarşı siyasəti və onun yaratdığı çağırışları şərh edən Borrell bildirib ki, Pekin və Moskvanı müqayisə etmək mümkün deyil.

“Birincisi, Çin Rusiya deyil. Çin əsl geosiyasi aktordur, Rusiya isə atom bombası olan yanacaqdoldurma məntəqəsi kimi iqtisadi cırtdandır”, – deyə Borrell mərhum ABŞ senatoru Con Makkeyinin sözlərindən sitat gətirib.

Tacxeber.com

Oxşar xəbərlər