• 23 Noyabr 2024 03:56

Rusiyaya şimaldan gözlənilməz zərbə…

Finlandiya və Estoniya Finlandiya körfəzini Rusiya hərbi gəmiləri üçün bağlamaq istəyir.

Axar.az xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib.

“Biz sahilyanı müdafiə raket sistemlərimizi inteqrasiya etməliyik. Estoniya və Finlandiya raketlərinin uçuş məsafəsi Finlandiya körfəzinin genişliyindən çoxdur. Bu o deməkdir ki, biz raketdən müdafiə sistemimizi birləşdirəcəyik və bütün məlumatları bir-birimizlə paylaşacağıq”, – Pevkur bildirib.

Onun sözlərinə görə, Finlandiya və İsveç NATO-ya daxil olanda Baltik dənizi NATO-nun daxili dənizinə çevriləcək. Belə olduğu təqdirdə vəziyyət dəyişəcək:

“Hamı başa düşməlidir ki, Norveç, Finlandiya və digər Baltikyanı ölkələr NATO-nun şərq qanadıdır. Biz təkcə Finlandiya, Estoniya, Latviya, Litvanı və ya digər şərqi NATO ölkələrini qorumuruq, biz birlikdəyik. Əgər NATO haqqında danışırıqsa, onda ən vacib olan beşinci maddəni xatırlatmalıyıq: bir nəfər hamı üçün, hamı bir nəfər üçün”.

Tacxeber.az

Oxşar xəbərlər