• 20 Sentyabr 2024 09:35

Türkiyədə yaxtada yanğın baş verib: Çox sayda insan zəhərlənib – FOTO

 

Türkiyədə içərisində izolyasiya materiallarının olduğu yaxtada naməlum səbəbdən yanğın baş verib, həmin vaxt göyərtədə olan 10 nəfər tüstüdən zəhərlənib.

Bu barədə ölkənin fövqəladə hallar xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə Kocaeli şəhərinin Başişkele rayonunda baş verib.

Yanğın artıq söndürülüb. Yaralılar Kocaeli Şəhər Xəstəxanasına çatdırılıblar.

 

 

Oxşar xəbərlər