• 22 Noyabr 2024 04:58

Əhəd Abıyev bu rayona icra başçısı göndərilir?

 

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı bildirilir.

Tacxeber.com-ın xəbərinə görə, Siraqəddin Cabbarovu Daşkəsənin sabiq icra başçısı Əhəd Abıyev əvəzləyəcək.

Qeyd olunur ki, S.Cabbarov gedəciyini bilir, artıq hazırlıqlara başlayıb.

Xatırlatma: Bir müddət əvvəl işdən çıxarılmasından danışan Ə.Abıyev bildirmişdi ki, Aran rayonlarında işləyə bilər, hələ gümrahdır.

Ə.Abıyevlə əlaqə saxlasaq da, zənglərimizə cavab verməyib.

Tacxeber.com

Oxşar xəbərlər