• 22 Noyabr 2024 13:32

KİV: Peskov üç həftədir ki, ictimaiyyət arasında görünmür

 

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov üç həftədir ki, brifinq vermir və ictimaiyyət arasında görünmür.

Buna Rusiyanın “Brief” nəşri diqqət yetirib.

Peskovun jurnalistlər üçün sonuncu brifinqi avqustun 4-də keçirdiyi vurğulanır.
“Rusiya prezidentinin mətbuat katibi “The New York Times” qəzetinə verdiyi müsahibəsində “Rusiyada prezident seçkisi əsl demokratiya deyil, bahalı bürokratiyadır” dedikdən sonra ictimai sahədən yoxa çıxıb”, – deyə nəşr “Telegram” kanalında iddia edir.

Qeyd edək ki, Peskov amerikalı jurnalistin onun sözlərini təhrif etdiyini bildirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər