• 20 Sentyabr 2024 03:57

Aybəniz Haşımova: “Bilməzdim ki, o illər axıttdığım göz yaşları ömrümün ən xoş günləri imiş” – FOTO

 

Əməkdar artist Aybəniz Haşımovanın 55 yaşı tamam olub.

Tacxeber.com xəbər verir ki, müğənni 728 min izləyici olan instaqram səhifəsində uşaqlıq şəklini paylaşaraq ürək sözlərini yazıb:

“Qucaqdakı bu körpə Aybəniz Haşımovadır. O Aybəniz Haşımova ki bu gün onun 55 yaşı tamam oldu. Mən o qızı cox yaxşı tanıyıram. Hətta hər günü, hər anı, hər yaşadıqlarını həmin gün kimi xatırlayır, hiss edirəm. Çünki onun hər addımının şahidiyəm. Fotoya baxıram və duygulanır, kövrəlirəm.

Bir anlıq sanki yer üzündən qopub kecmişə – o illərə, atalı, anamın telimə sığal çəkdiyi, bacım Şahnaz xanımın saçlarıma ağ lent bağladığı, 1-ci sinfə apardığı, “məni burada tək qoyub getmə” deyib ağladığım günlərə qayıtmaq, atamın hər gəlişində sevinc dolu qarşısına qaçaraq “atam gəldi” dediyim günlərə dönmək istəyirəm. O, illər axıttdığım göz yaşlarım bilməzdim ki, ömrümün ən xoş sevinc göz yaşları, günləri imiş.

İllər ötdü, o qız böyüdü, sevinci, dərdi də özü ilə bərabər böyüdü. O təmənnasız olan Allah sevgisi ilə böyüdü. Yəqin ki, elə Allah da onun əvəzində ona xalq sevgisini əsirgəmədi.

Kim bilərdi ki, bu körpə sizin sevdiyiniz və sizi canı qədər sevən qız olacaq. Bəlkə də çox irəli getdim. Elədirsə, üzrlü sayın. Deyəsən, bir az ərköyünləşdim. Hamsı 55-dəndir. Verdiyiniz təmənnasız sevgiyə görə sizə sonsuz minnəttdaram, əziz və sədaqətli musiqisevər xalqımız və sədaqətli dostlarım.
5 qoşan mübarək, Aybəniz!”,- deyə o qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər