• 20 Sentyabr 2024 13:58

ABŞ öz vətəndaşlarına Belarusu dərhal tərk etməyə çağırış edib.

 

“Amerikalılar Belarusu Latviya və Litva ilə sərhəd məntəqələrindən və ya təyyarələrlə tərk etməli, bunu heç bir halda Rusiya və ya Ukrayna ərazisindən etməməlidir…”

 

“Litva Belarus sərhəddində iki buraxılış məntəqəsini bağlayıb, bu ölkə ilə sərhədllərin tam bağlanması məsələsi nəzərdən keçirilir…”

Amerika vətəndaşları imkan daxilində tez bir zamanda Belarusu tərk etməli, bu respublikaya səfərləri planlaşdıranlar isə bundan imtina etməlidir.

Bu barədə ABŞ-ın Minskdəki səfirliyinin məlumatında deyilir.

Diplomatik nümayəndəlik xatırladır ki, Belarus Rusiyanın Uktaynaya təhrik edilməyən hücumuna dəstək verir, ölkədə Rusiya Silahlı Qüvvələrinin iştirakını artırır, özbaşına olaraq öz qanunlarını tətbiq edir.

Bu tövsiyyə Litvanın Litva-Belarus sərhəddindəki altı buraxılış məntəqəsindən ikisini bağladıqdan sonra verilib, diplomatik idarə respublikanın Baltikyanı ölkələr tərəfindən tam təcrid edilməsindən ehtiyat edir.

Məlumatda deyilir ki, amerikalılar Belarusu Latviya və Litva ilə sərhəd məntəqələrindən və ya təyyarələrlə tərk etməlidir, bunu heç bir halda Rusiya və ya Ukrayna ərazisindən etməməlidir.

Belarusdan gedə bilməyən və ya getmək istəməyənlərə səfirlik hər şeyə hazır olmağı və gözlənilməz hadisələr üçün plan işləyib hazırlamağı məsləhət görür.

Amerikalı diplomatlar ölkədə vətəndaş iğtişaşları və saxlanmalar riskinə diqqət çəkib və qeyd edib ki, səfirliyin Belarusda olan öz vətəndaşlarına yardım etmək imkanları məhduddur.

Litva “geosiyasi vəziyyətin dəyişilməsi və milli təhlükəsizliyə təhdidlə” əlaqədar olaraq Belarus ərazisində “Vaqner qrupu” özəl hərbi şirkətin mövcudluğu fonunda “Şumskas” (“Loşa”) və “Tveraçyus” (“Vidzı”) sərhəd məntəqələrini bağlayıb.

Litvanın daxili işlər naziri Aqne Bilotayte bəyan edib ki, hökumət digər müdafiə ssenarilərini, o cümlədən Belarusla sərhədlərin tam bağlanmasını nəzərdən keçirir.

O, vurğulayıb ki, belə addım zərurət olduqda bu ölkə ilə həmsərhəd olan bütün ölkələr-Litva, Latviya və Polşa tərəfindən atılmalıdır.

Bilotaytenin sözlərinə görə, bu məsələ avqustun 28-də Varşavada Baltikyanı və Polşa nazirləri tərəfindən müzakirə ediləcək.  (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər