• 22 Noyabr 2024 14:02

Cavanşir Məmmədov Lalə Azərtaşa səsləndi: “Məni heyvana bənzədirsən?” – VİDEO

 

Əməkdar artist Cavanşir Məmmədov aparıcı Lalə Azərtaşa sərt ismarıc yollayıb. Yenisabah.az xəbər verir ki, “Gəl danış” ictimai-sosial proqramında qonaq olan sənətçi qalmaqallı məhkəmə çəkişməsi barədə danışıb.

Daha əvvəl Xəzər telekanalında yayımlanan “Təsir dairəsi” verilişində günlərlə müzakirəsi gedən məsələ haqda danışan sənətçi verilişin aparıcısı L.Azərtaşı tənqid atəşinə tutub:

“Təsir dairəsi” verilişinin aparıcısı Lalə Azərtaş deyir ki, iş adamı Kemal Mustafa İbili efirin bitməsinə 15 dəqiqə qalmış verilişə gəlib, biz heç bilmirik o nə danışacaq. Belə bir şey ümumiyyətlə televiziya və radio tarixində olmayıb. Məsələn, mən verilişdə filankəslə danışıram, həmin an kimsə gəlib bizim danışığımıza müdaxilə edir. Deyir ki, verilişimə şir kimi gəlib, pişik kimi gedən görmüşəm. “Xəzər” televiziyasının studiyasını sən sirkə, heyvanxanaya bənzədirsən? Orada əyləşənləri, məni heyvanamı bənzədirsən? Deyir ki, mən hakiməm. Lalə xanım, hakim prezidentin sərəncamı ilə təqdim edilir. Sən nəyin hakimisən? Sən jurnalistikanı bitirmisən? Deyir ki, Kemal Mustafaya dələduz deməyin. Niyə o “peyğəmbər”dir ki? Dələduz bəs kimə deyilir?”.

Qeyd edək ki, Mustafa İbili həmin verilişə gələrək Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min dollarının mənimsənildiyini iddia etmişdi. Məhkəməyə qədər uzanan işin sonunda Mustafa İbili 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

 

Oxşar xəbərlər