Afaq Bəşirqızına ağır sözlər: “Onu yaxşı tanıyırıq, ya vəzifə istəyir, ya da mandat”
“Afaq Bəşirqızı böyük səhv edir, o kimdir ki, ölkəni bakılıya-rayonluya bölür”.
Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Kəndlər Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Məlahət Babayeva Xalq artisti Afaq Bəşirqızının qalmaqala səbəb olan açıqlamasına münasibət bildirərkən deyib.
Məlahət Babayeva bildirib ki, Afaq Bəşirqızının Bakının adından danışmağa heç bir əsası yoxdur:
“Biz onu yaxşı tanıyırıq, güc hardadırsa, Afaq Bəşirqızı da həmişə ordadır. Afaq Bəşirqızı bunu ona görə deməyib ki, guya Bakını sevir. Yox, bu, belə deyil. Hər yerin yaxşısı da var, pisi də. Afaq Bəşirqızı belə bir adamdır. Kimdən işi keçirsə,onu tərifləyir, belə-belə özünə karyera qurub. Əslində, Afaq bakılı da deyil”.
Məlahət Babayevanın fikirincə, Afaq Bəşirqızının bu çıxışının məqsədləri var: