• 22 Noyabr 2024 08:26

Azərbaycan ən ateist ölkələr arasındadır? – ARAŞDIRMA

Sosial şəbəkələrdə yayılan 20 ən dinsiz (dinlə maraqlanmayan) ölkələrin siyahısı paylaşılıb. Türk dilində hazırlanmış qrafikdə Azərbaycan 64%-lə 6-cı yerdə təsvir olunub.

Tacxeber.com xəbər verir ki, sözügedən siyahı sosial şəbəkələrin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb. Bir çox istifadəçi bu statistikanın həqiqəti əks etdirmədiyinini söyləsə də, rəqəmlə razılaşanlar da olub.

Məsələni dəqiqləşdirmək üçün kiçik bir araşdırma apardıq. 2023-cü ilin aprelin 26-da finance.yahoo.com portalında dərc olunmuş “Dünyanın ən ateist 20 ölkəsi” siyahısında Azərbaycanın adı yoxdur.

Siyahı üzrə ölkələr aşağıdakı kimi sıralanıb:

1. Çexiya 78.4%

2. Şimali Koreya 71.3%

3. Estoniya 60.2%

4. Yaponiya 60%

5. ÇXR-nin Honq Konq Xüsusi İnzibati Bölgəsi 54.7%

6. Çin Xalq Respublikası51.8%

7. Cənubi Koreya 46.6%

8. Latviya 45.3%

9. Niderland 44.3%

10. Uruqvay 41.5%

11. Yeni Zelandiya 39.6%

12. Monqolustan 36.5%

13. Fransa 31.9

14. Birləşmiş krallıq 31.2%

15. Belçika 31%

16. Vyetnam 29.9%

17. İsveç 29%

18. Avstraliya28.6%

19. Belarus Respublikası 28.6%

20. Lüksemburq Böyük Hersoqluğu 26.7%

Bundan əlavə, “Pew” Araşdırma Mərkəzinin ölkələrin dini tərkibi ilə bağlı siyahısına da nəzər saldıq. Siyahıda Azərbaycan 226 ölkə arasında 189-cu yerdə qərarlaşıb. Belə ki, araşdırmaya görə, Azərbaycanda özünü dinlə əlaqəsiz hesab edən insanların sayı 1%-dən və ya 10 min nəfərdən azdır.

Həm “Pew” Araşdırma Mərkəzinin, həm də worlddata.info-nun Azərbaycan əhalisinin 93%-nin müsəlman olduğu göstərilib.

Qeyd edək ki, sözügedən siyahı 2021-ci ildə də sosial şəbəkələrdə paylaşılmış və müzakirələr yaratmışdı.

Tacxeber.com

Oxşar xəbərlər