• 22 Noyabr 2024 02:57

“Omega 3”ü əvəz edəcək mükəmməl vasitə – Qatığa töküb yeyin

Balıqdakı “omega-3″ün miqdarından daha yüksəkdir…

omega-3-u-evez-edecek-mukemmel-vasite

 

Balıq yemirsinizsə, “Omega-3” baxımından zəif qala bilərsiniz.

Bildiyimiz kimi, “Omeqa-3” yağ turşuları ilə ən zəngin qidalar qızılbalıq, alabalıq və ton balığı kimi yağlı balıqlardır.

Vegeterianlar, veganlar, müxtəlif allergik reaksiyaları olanlar, balığı sevməyənlər və ya müxtəlif səbəblərdən balıq istehlakından qaçan insanlar çox vaxt balıqda olan vacib vitaminləri qəbul edə bilmirlər.

Bu halda balıq istehlak etməyən insanların “omeqa-3” ehtiyaclarını qarşılaması çətinləşir.

“Omeqa 3”lə bağlı bütün balıqları ötüb keçəcək bir toxum var. Bu, kətan toxumudur. Kətan toxumu “omeqa-3” mənbəyi kimiçox dəyərli vasitədir. Bir xörək qaşığı (10 qram) kətan toxumunda, təxminən 2350 mq ALA var.  Bu miqdar gündəlik tövsiyə olunan ehtiyacdan çoxdur.

Belə ki, “Omega 3”ə olan ehtiyacınızı bir kasa qatığa kətan toxumu qataraq əldə edə bilərsiniz.

Tacxeber.com

Oxşar xəbərlər