• 09 Noyabr 2024 20:56

“Əriniz xəyanət etsə də, ayrılmayın” – Əməkdar artist

 

“Ana ola bilərdim, amma olmadım. Buna şükür edirəm, 2 gün qalmış Allah gözümü açdı. Allah sizə nəyisə qismət ermirsə, mütləq ki, bu sizin xeyrinizədir. Heç vaxt “ah” çəkməyin. Yaşadıqlarımdan sonra dünyaya başqa gözlə baxıram. Hər halınızdan razı qalın. Əliniz, ayağınız, bir tikə çörəyiniz var şükr edin. Allah sizi bəladan qurtarır, zamanla hər şeyə diqqət etsəniz bunun gerçək olduğunu görərsiniz”.

Tacxeber.com “Axşam.az”a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova izləyicilərinin suallarını cavablandırarkən yazıb. Xanəndə ayrılıqdan, şəxsi həyatından bəhs edib.

Nigar “Ayrılmaq istəyirəm, iki övladım var. Onlara görə ayrıla bilmirəm” sualına belə cavab verib:

“Ayrılıq qərarı çox çətindir. Xəyanət üçündürsə, övladlarınıza görə keçin. Kiminlə sevgili olsanız da, evlənsəniz də təkrarı olacaq. Düz danışdığım üçün həmişə pisəm. 95 faiz belədir. Övladınızı hansısa yüngül əxlaqlı birinə qruban etməyin. Amma əl qaldırırsa, gecəni gəlmirsə, təhqir edirsə həmin əli onun gözünə soxun, polis çağırın, rədd edin. Uşaqlarınız da sağlam böyüsün. Qadını alçaldan kişinin yeri qanun qarşısıdır”.

Tacxeber.com

Oxşar xəbərlər