• 22 Noyabr 2024 04:31

Bu qidalar XƏRÇƏNG YARADIR – Professordan AÇIQLAMA

 

Son vaxtlar ölkəmizdə və dünyada xərçəng xəstəliyindən əziyyət çəkən insanların sayında ciddi artım müşahidə olunur. Bu artım müxtəlif səbəblərlə izah olunsa da, başlıca olaraq düzgün qidalanmama və zərərli vərdişlər xərçəng yaradan əsas faktorlar kimi qəbul edilir. Sözügedən mövzu ilə bağlı həkim-professor Adil Qeybulla danışıb. Professor xərçəngdən qorunmaq üçün düzgün qidalanmaya diqqət etməyə çağırıb.

“Qeyd edim ki, xərçəng xəstəliyindən tam qorunmaq mümkün deyil. Bu xəstəliyin meydana gəlməsində həm irsi, həm xarici faktorlar var. Ona görə də, birmənalı olaraq bu xəstəlikdən tam sığortalanmaq olmur. Digər tərəfdən siqaret çəkmək, həddindən artıq alkaqollu içkilərdən istifadə, qızardılmış fəsfud qidalar, kanserogen qidalar xərçəng şişinin inkişafı üçün şərait yaradır. Orqanizmdə müxtəlif virusların onkogen olması yəni xərçəng şişi yaratması artıq sübuta yetirilib. Bundan başqa müxtəlif xroniki xəstəliklərin, məsələn, qastritin, xroniki iltihabi proseslərin xərçəng üçün şərait yaradır. Xərçəng xəstəliyinin meydana gəlmə ehtimalını mümkün qədər azaltmaq üçün insanlar birinci növbədə qidalanma üslubuna diqqət etməli, Az yeməli və çox hərəkət etməlidir. Həddən artıq yağda qızardılmış, hisə verilmiş qidalardan uzaq durmaq lazımdır. Pis vərdişlərdən uzaq durmaq da burada vacib nüanslardan biridir”.

Tacxeber.com

Oxşar xəbərlər