Bu gün Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.
Tacxeber.com xəbər verir ki, bu münasibətlə Xalq artisti Brilliant Dadaşova Mehriban xanım Əliyevaya yeni mahnı həsr edib.
“Uğurlar diləyirik” adlı mahnının sözləri Xalq artistinin özünə aiddir. Brilliant xanım bu mahnını gənc musiqiçilərlə birgə ərsəyə gətirib. Mahnının musiqisi RZZA-ya aiddir.